![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2024/4/18/1/3841765a-5270-4507-b2ce-7468e9886285/icki.jpg)
Paytaxtın Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif vaxtlarda 8000 manat dəyərində spirtli içki oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən paytaxt sakini əvvəllər oğurluq, soyğunçuluq və narkotik cinayətlərinə görə məhkum olunmuş Rasim Abdullayev saxlanılıb.
R.Abdullayevin Bakı şəhərində analoji cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.

![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2024/4/18/1/31ca9df8-8a53-4ee8-8bcb-535b2497687e/36224ef7-56a6-4f81-bf33-84b220bddf88.jpg)