Zəngilanda silah-sursat tapıldı

HADİSƏ 18 apr 2024, 14:10
Zəngilanda silah-sursat aşkar edilib.

Bu barədə Demokrat.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsinə Ağalı kəndində silah-sursat tapılması barədə məlumat daxil olub. Həmin əraziyə keçirilən baxış zamanı 1 avtomat, 2 daraq və 43 patron aşkar edilib.

Araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top