Jurnalist Cəmil Məmmədliyə HÖKM OXUNDU

MEDİA 17 apr 2024, 14:47
Jurnalist Cəmil Məmmədliyə hokm oxunub.

Demokrat.az xəbər verir ki, bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Cəmil Məmmədli 6 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror Samir Məmmədov məhkəmədən təqsirləndirilən şəxsin 8 il 3 ay müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.

Qeyd edək ki, C.Məmmədli ötən ilin yanvarında cinayət məsuliyyətinə cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top