Uqandada "qırmızı göz" xəstəliyi yayıldı

DÜNYA 16 apr 2024, 20:15
 Son 3 həftədə Uqandada yoluxucu “qırmızı göz” (konyunktivit) xəstəliyindən əziyyət çəkənlərin sayı 7500-ü keçib.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda, son 3 həftədə yoluxma sayının 954-dən 7 min 596-ya yüksəldiyi bildirilib. 

Qeyd edilib ki, artım əsasən həbsxana, məktəb və sağlamlıq mərkəzlərində müşahidə olunub. 

Səhiyyə mütəxəssisləri sözügedən xəstəliyin əhalinin sıx olduğu şəhərlərdə sürətlə yayılması ilə əlaqədar xəbərdarlıq edib. 

Xəstəlikdən əziyyət çəkən şəxslərə qara eynək taxmağı tövsiyə edilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top