Rusiyanın keçmiş baş prokurorunun oğlunun meyiti tapıldı

DÜNYA 15 apr 2024, 20:44

Rusiyanın keçmiş baş prokuroru Valentin Stepankovun oğlu Denis Stepankov Moskvanın Dubininskaya küçəsindəki mənzildə ölü tapılıb.

Azpost.info bildirir ki, bu barədə TASS-a tibbi xidmətdən məlumat verib.

“Bir gün əvvəl 1977-ci il təvəllüdlü Denis Stepankov Dubininskaya küçəsindəki mənzilində ölü tapılıb. Kişinin meyitini ona baş çəkməyə gələn atası, Rusiyanın keçmiş baş prokuroru Valentin Stepankov aşkar edib. İlkin məlumata görə, ölüm təbii olub. Səbəb kəskin ürək çatışmazlığıdır”, – deyən mənbə meyitdə heç bir zorakılıq əlamətlərinin aşkar edilmədiyini bildirib.

Denis Stepankov Rusiya Ədliyyə Nazirliyinin Rusiya Hüquq Akademiyasının Beynəlxalq Hüquq İnstitutunu bitirib. Valentin Stepankov Rusiyanın ilk baş prokurorudur, bu vəzifəni 5 aprel 1991-ci ildə tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top