İranın Berlindəki səfiri Almaniya XİN-ə çağırıldı

DÜNYA 15 apr 2024, 19:45
Almaniya İranın İsrailə hücumlarına görə İranın Berlindəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Nazirliyin sözçüsü Kristian Vaqner Berlində keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, İran səfiri bu gün səhər saatlarında Xarici İşlər Nazirliyinə çağırılıb. 

Həmçinin, İranda Almaniya səfiri digər qərb ölkələrinin nümayəndələrini məlumatlandırmaq üçün Xarici İşlər Nazirliyinə dəvət edilib. 

Bu çərçivədə bir sıra ikitərəfli görüşlər baş tutub.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top