Samuxda 42 yaşlı kişi atasına qulluq etməyən arvadını döydü — TƏFƏRRÜAT

KRİMİNAL 09 apr 2024, 12:10
Samux rayonunda 1982-ci il təvəllüdlü Vüqar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nuranəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vüqar həyat yoldaşı Nuranə ilə yaşadıqları evdə aralarında baş vermiş ailə münasibətlər zəminində mübahisə zamanı, döşəmə taxtası ilə qəsdən hə bədən nahiyələrinə vurub. Bunun nəticəsində Nuranə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hadisəni törədən Vüqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, atası Rəhim hadisədən altı ay əvvəl əməliyyat olub: “Həyat yoldaşım Nuranə isə əməliyyatdan sonra atama qulluq etmədi. Buna görə də aramızda ara-sıra mübahisə oldu. Hadisə günü yaşadığım evə sərxoş halda gəldim. Atam yoldaşımın haqqında şikayətlənməyə başladı. Əsəbləşərək Nuranə ilə atama qulluq etməməyin üstündə mübahisə etdim. Mübahisə zamanı Nuranə təhqirlə cavab qaytardı. Cavab qaytaran zaman əsəbləşərək otaqda olan döşəmə taxtası ilə Nuranınin bədən nahiyəsinə müxtəlif zərbələr vuraraq, onu döydüm”.

Bu cinayət işinə Samux Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Vüqarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top