Natiq Məmmədli: "Jurnalistlər bir sahə üzrə özlərini inkişaf etdirsə, bu daha effektiv ola bilər”

MEDİA 09 apr 2024, 11:20
“Media elə bir şərait yaratmalıdır ki, cəmiyyət media vasitəsilə təhsillə bağlı bütün məlumatları düzgün şəkildə əldə edə bilsin”. 

Demokrat.az
xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli “Kvalifikasiyaların tanınması, Xarici kvalifikasiyalar və informal təhsilin tanınması” mövzüsundə keçirilən təlimdə bildirib.

O bildirib ki, hazırda jurnalistika və təhsil ən çox ehtiyac duyulan sahələrdir:

“Bir çox şəxs özünü təhsil eksperti kimi təqdim edir. Bununla yanaşı jurnalistin hazırladığı məlumata daim etimad olunur. Lakin jurnalistlər əksər hallarda operativ olmağa çalışır. Bu etimadı doğrultmaq üçün operativ olmaqla yanaşı xəbər mötəbərliyinə də diqqət etmək lazımdır”.

N.Məmmədli həmçinin qeyd edib ki, agentlik sözügedən hallarla bağlı bir sıra layihələr həyata keçirir:

“Agentliyimizin ən mühüm tədbirlərindən biri “Media savadlılığı” layihəsidir. Sözügedən layihə beynəlxalq təcrübəyə əsaslanır. Bu təcrübələrin jurnalistlərə ötürülməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan elə bir coğrafiyada yerləşir ki, media daim dezinformasiyaların təsirinə məruz qalır. Buna görə də, çalışmaq lazımdır ki, bu kimi hallara yol verilməsin. Digər mühüm məsələ jurnalistikamızda ixtisaslaşmanın olmamasıdır. Jurnalistlərimiz eyni anda bir neçə sahəyə üz tutur. Lakin jurnalistlər bir sahə üzrə özlərini inkişaf etdirsə bu daha effektiv ola bilər”. 

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top