Jurnalist “Tərəqqi” medalı ilə təltif olundu — SƏRƏNCAM

MEDİA 29 apr 2024, 13:34
Prezident İlham Əliyev sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilənlər sırasında bir jurnalist də var: Abdullayeva İlhamə Xanlar qızı

Modern.az-ın məlumatına görə, İlhamə Abdullayeva uzun illərdir media sahəsində çalışır. Daha çox İlhamə Xanlarqızı imzası ilə tanınan jurnalst hazırda Azərbaycan Sahibkarlar Konfederasiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmaqla yanaşı, həm də “Ena.az” iqtisadi xəbər agentliyinin təsisiçisi və baş redaktorudur.

İlhamə Xanlarqızı daha əvvəllər “Bizim Əsr”, “Xəzər” qəzetlərində, Fins.az, Oxu.az saytında və digər media quruluşlarında çalışıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top