Baş Prokurorluq və DTX-ya göndərilən nəzarət tədbirlərinin sayı məlum olub

İQTİSADİYYAT 08 apr 2024, 11:47
Hesablama Palatası göndərdiyi məlumatlar üzrə hüquq mühafizə orqanlarında işlər aparılır.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabat”ın müzakirəsi zamanı Palatanın sədri Vüqar Gülməmmədov deyib.

Vüqar Gülməmmədov bildirib ki, Hesablama Palatası tərəfindən 8 nəzarət tədbiri üzrə Baş Prokurorluğa, 1 nəzarət tədbiri üzrə isə Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət edilib: “4 hal üzrə məlumatlar tikinti sahəsində cinayətlərlə bağlıdır. DTX-dan daxil olan məlumatlara əsasən, 1 audit üzrə daxil olan məlumatlara əsasən, cinayət işi davam etdirilir. Ümumilikdə 67,4 milyon manatın bərpası həyata keçirilib, bunun 700 min manatı hüquq mühafizə orqanları tərəfindən bərpa edilib”. (Apa)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top