ADY Ramazan bayramında gücləndirilmiş iş rejimində çalışacaq

İNFRASTRUKTUR 06 apr 2024, 16:45
“Azərbaycan Dəmir Yolları” QSC Ramazan bayramı ilə əlaqədar artan sərnişin tələbatını nəzərə alaraq 10-14 aprel tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə əlavə reyslər təyin edib.

Demokrat.az xəbər verir ki, Bakı–Ağstafa–Bakı marşrutu üzrə oturacaq tipli sürət sərnişin qatarı 10 və 11 aprel tarixlərində saat 09:15-də Bakıdan Ağstafaya, əks istiqamətə isə saat 18:00-da, 12 aprel tarixində saat 09:15-də Bakıdan Ağstafaya, əks istiqamətə isə saat 15:00-da, 12 və 13 aprel tarixlərində saat 23:55-də Bakıdan Ağstafaya, əks istiqamətə isə 13 və 14 aprel tarixlərdə saat 15:00-da yola düşəcək.

Bununla yanaşı, Bakı–Qəbələ–Bakı marşrutu üzrə 10-14 aprel tarixlərində sürətli sərnişin qatarı hər gün hərəkətdə olacaq.

Bayram günlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya “ADY Mobile” tətbiqini yükləyə bilərsiniz.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top