Hakan Fidan NATO toplantısında iştirak edəcək

REGİON 02 aprel 2024, 18:17
Türkiyənin Xarici işlər naziri Hakan Fidan 3-4 aprel tarixlərində Brüsseldə keçiriləcək NATO Xarici İşlər Nazirləri sammitində iştirak edəcək. 

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, iclasın gündəliyinə terrorizmlə mübarizə və Ukraynada baş verən proseslər daxil olacaq. 

Həmçinin, İsveç və Finlandiyanın üzvlüyündən sonra Alyansın son vəziyyəti və Vaşinqton Zirvəsinə hazırlıq da gündəmdə olacaq. 

Qeyd edək ki, görüş çərçivəsində nazirin Britaniya, Almaniya, Bolqarıstan və Finlandiyalı həmkarları ilə ikitərəfli görüşləri nəzərdə tutulub.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top