Finlandiyanın Vantaa şəhərində məktəbdə atışma baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 800 şagird və 90 müəllimin təhsil aldığı məktəbə giriş-çıxışlar bağlanıb.
3 şagirdin yaralandığını bildirən polis hadisəni törətməkdə şübhəli bilinən şəxsin də 13 yaşlı məktəbli olduğunu bildirib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.
Hücumçunun yaxın qohumunun silahından istifadə etdiyi müəyyən edilib.
Onun yaşının 15-dən kiçik olduğu üçün həbsxanaya deyil, sosial xidmətlərə göndəriləcəyi açıqlanıb.
Aysu
Demokrat.az