Əfqanıstanda mina partlayışı: Ölənlər var

DÜNYA 01 apr 2024, 19:11
Əfqanıstanın Qəzni əyalətində minanın partlaması nəticəsində 9 uşaq həyatını itirib.

Demokrat.az
xəbər verir ki, bu barədə Taliban administrasiyasının xəbər agentliyi “Bəxtar” məlumat yayıb.

Bildirilib ki, Sovet İttifaqının Əfqanıstanı işğalından sonra basdırılan mina partlayıb. 

Partlayış uşaqlar mina ilə oynayan zaman baş verib, hadisə nəticəsində 5-i qız olmaqla 9 uşaq həyatını itirib. 

Xatırladaq ki, 1979-1989-cu illərdə Əfqanıstanı işğal edən Sovet İttifaqı və Əfqanıstan hökuməti üsyançılarla mübarizə aparmaq üçün kənd yerlərində minalar yerləşdirib. 

Bu minalar çoxlu sayda azyaşlının ölümünə səbəb olub.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top