"Yüksəliş"in qalibinə yeni vəzifə VERİLDİ

SƏNAYE VƏ ENERGETİKA 01 apr 2024, 16:36
Üçüncü "Yüksəliş" müsabiqəsinin qalibi Ülviyyə Mehralıyevaya Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) vəzifə verilib.

Demokrat.az xəbər verir ki, o, Fondda İcraçı direktorun ofisinin Strateji kommunikasiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Ü.Mehralıyeva 1988-ci ildə anadan olub, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə ixtisası üzrə bakalavriat və ADA Universitetində Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura təhsili alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top