Rusiyada böyük zavod YANIR

DÜNYA 01 apr 2024, 15:10
Rusiyanın Yekaterinburq şəhərində “Uralmaşzavod” yanır.  

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Sverdlovsk vilayəti üzrə idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Yanğının sahəsi 4000 kvadratmetrə çatıb. İlkin məlumata görə, yanğın lak-boya məhsulları olan anbarda baş verib. Hadisənin dəqiq səbəbləri, ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

“Sənaye sahəsinin ərazisində sexin dam örtüyü yanır. Ölən və yaralananlar barədə məlumat daxil olmayıb. Yanğının söndürülməsinə 13 ədəd xüsusi texnika cəlb olunub”, - deyə FHN-dən bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top