Rövnəq Abdullayevin sonuncu iş günü

İDMAN 01 apr 2024, 12:30
AFFA-nın prezidenti Rövnəq Abdullayev veteran futbolçu, Məşqçilər Komitəsinin sədri, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovla görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb. R.Abdullayev V.Sadıqovu 65 illik yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, bu gün Vaqif Sadıqovun 65 yaşı tamam olur. “Neftçi”nin də oyunçusu olmuş Sadıqov karyerasını başa vurduqdan sonra, 1993-cü ildən başlayaraq 2014-cü ilədək məşqçilik edib. O, “Neftçi” də daxil olmaqla bir neçə klubda, eləcə də Azərbacanın əsas və U-21 milli komandalarında baş məşqçi işləyib.

Xatırladaq ki, bu gün Rövnəq Abdullayevin AFFA-da sonuncu iş günüdür. Sabah federasiyanın yeni prezidenti seçiləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top