"Başdan ayağa" — dəyişilməyən ad, yeni format

SOSİAL 31 mar 2024, 18:45
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin rəhbər heyətinin təşəbbüsü ilə ərsəyə gələn “Başdan ayağa” aksiyası öz işini bu dəfə fərqli formatda davam etdirir.

Belə ki, SOCAR-ın “Azəriqaz” İB tərəfindən cari ildən etibarən bütün ölkə üzrə mənzillərdə və fərdi yaşayış evlərində texniki müayinələr keçirilir. Birliyin İdarəetmə aparatının məsul şəxsləri Gəncə Regional qaz istismarı İdarəsinə ezam olunaraq Regional İdarənin xidmət sahələrində bu prosesə nəzarət ediblər.

Məlumat üçün bildirək ki, cari ilin 3 ayı ərzində ölkə ərazisində 250 mindən çox fərdi yaşayış evi və mənzildə texniki müayinə keçirilib. Bu prosesin noyabr ayınadək yekunlaşdırılması nəzərdə tutulub.

Ətraflı video materialda: 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top