Yuxarı Salahlıda Novruz şənliyində kişilər niyə qadın paltarı geyinir? — İZAH

TƏHLİL 22 mar 2024, 22:37
Qazaxın Yuxarı Salahlı kəndində keçirilən Novruz bayramı şənliyi birmənalı qarşılanmayıb, hətta şənliyi fərqli istiqamətlərə yozanlar da tapılıb. Məsələ ondan ibarətdir ki, Novruz bayramında kişilərin qadın paltarı, yaxud özlərini gizlətmək üçün istifadə etdikləri müxtəlif geyimlərdən istifadə etməsi ənənəsi Qazaxda, xüsusilə Yuxarı Salahlı kəndində yaşadılır.

İllərdir bu kənddə davam etdirilən ənənəyə görə, kişilər ya qadın paltarı geyinir, ya da qoyun dərisindən hazırlanan geyim və papaqlardan istifadə edir. Bu oyun “keçi-keçi”, yaxud “baj-bajı” adlandırılır. Bu geyimlərdən ən çox subay oğlanlar istifadə edir. Onların da məqsədi sevdikləri qızın evlərinə gedərkən, qızın atası, qardaşı, yaxud digər yaxınlarının onları tanımamasıdır.

Əslində təkcə qadın paltarından yox, fərqli libaslardan da istifadə olunur. Misal üçün, küpəgirən qarı paltarı geyinir, yaxud həkim, hərbçi və digər formalardan da istifadə edilir. Sosial şəbəkələrdə yayılan görüntülər də Yuxarı Salahlı kəndində illərdir keçirilən Novruz bayramı şənliyinin bir hissəsidir. Bu şənlikdə təkcə qadın paltarını xüsusi qabartmaq və bunu fərqli formalarda yozmaq ən yaxşı halda adət-ənənədən xəbərsiz olmaq deməkdir. O da istisna deyil ki, kimlərdə Novruz şənliyi üzərindən müxtəlif art niyyətlər güdürlər.

Yuxarı Salahlı kəndi Novruz bayramının qədim adət-ənənələrini özünəməxsus formada yaşadan yerdir. Bayrdam kənddəki bütün evlərin qapısı açılır, süfrələr qurulur və bütün kənd birlikdə qeyd edirlər. 

Sevdiyi qızı görmək uğruna təğriyi-libas olan gənclər haqda absurd iddialar irəli sürmək isə nə adət-ənənələrimizə, nə də Novruz bayramı əhvalına yaraşmır.



Elmar Heydərli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top