Süni intellekt depressiya əlamətlərini aşkar edə bilər

DÜNYA 18 mar 2024, 20:45
Taylandda "depressiya və intihar düşüncələri" olan insanlara kömək üçün süni intellekt texnologiyasından istifadə edilir.

Demokrat.az
xəbər verir ki, bu barədə “Bangkok Post” qəzeti məlumat yayıb.

Məlumata görə, Taylandın Milli Sağlamlıq Təhlükəsizliyi Ofisi (NHSO) tərəfindən istifadə edilən “AI DMIND” adlı süni intellekt texnologiyası xəstələrin psixoloji vəziyyətini qiymətləndirməyi asanlaşdırır. 

Sözügedən süni intellekt texnologiyası təhlil edərək xəstələrin “depressiya əlamətlərini və intihar düşüncələrinə meylliliyini” aşkar edə bilir. 

Bildirilib ki, “AI DMIND” texnologiyası Taylandın təcrübəli psixiatrları tərəfindən qiymətləndirilib və diaqnozlarının dəqiqliyi ilə bağlı “keçid qiyməti” alıb. 

Qeyd edək ki, bu üsulla təkcə keçən il 15 yaşdan yuxarı təxminən 1,5 milyon insana diaqnoz qoyulub.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top