Paytaxt avtobusunda xoşagəlməz hal: Sürücü nömrəsini xanım sərnişinə vermək istədi — VİDEO

HADİSƏ 18 mar 2024, 12:54
Paytaxtda fəaliyyət göstərən avtobuslardan birində xoşagəlməz hal yaşanıb.

Demokrat.az xəbər verir ki, 60 nömrəli avtobus sürücüsü nəqliyyat vasitəsini idarə edərkən yaxınlıqda əyləşən qadın sərnişinə nömrəsini verməyə çalışıb.

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə video göndərilib.

Həmin vaxt avtobsuda olan sərnişinlərdən biri sürücünün bu qeyri-etik hərəkətini anbaan görüntüləyib.

Qeyd edilib ki, 99-LR-159 dövlət qeydiyyat nişanlı avtobus Bakıxanov-8-ci mikrorayon-Əhmədli-Koroğlu istiqamətində hərəkət edib.

Video şənbə günü səhər saat 09-00 radələrində çəkillib.

Şikayətçi onu da bildirib ki, bu istiqamətdə hərəkət edən sürücülər sərnişinlər üçün tez-tez belə xoşagəlməz hallara yol verirlər.

Vətəndaşlar bu marşrut xəttindəki avtobusların sürücüləri ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) dəfələrlə müraciət etdiklərini də qeyd ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top