Şirvan sakinləri Füzulidə 10 kiloqram narkotiklə saxlanıldı

HADİSƏ 18 mar 2024, 08:38
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Şirvan şəhər sakinləri Heydərov Kamran və Quliyev Əliqismət saxlanılıblar.

Bu barədə Demokrat.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, həmin şəxslərdən 10 kiloqram marixuana və tiryək, həmçinin 100 ədəd metodon həbi aşkar edilib.

Faktla bağlı Füzuli RPŞ-də cinayət işi başlanılıb, saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.





 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top