“Bakcell”ə kommunikasiya direktoru təyin edildi

İKT 15 mar 2024, 17:41
“Bakcell” şirkətinə yeni ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktor təyin edilib.

Demokrat.az-a şirkətdən bildirilib ki, bu vəzifə Aysel Süleymanovaya həvalə olunub.

A. Süleymanova "Bakcell"ə qoşulmazdan öncə Azərbaycanın milli aviadaşıyıcısı olan "Azərbaycan Hava Yolları" aviaşirkətində (AZAL) Kommunikasiya Direktoru və “PwC Azərbaycan” beynəlxalq konsaltinq şirkətində Marketinq və Kommunikasiya rəhbəri kimi fəaliyyət göstərib.

A. Süleymanova eyni zamanda "AmCham Azerbaijan"da Marketinq, Kommunikasiya və Biznesin İnkişafı Komitəsinin qurucusu və sədridir.

"Bakcell" şirkəti NEQSOL Holdingin tərkibinə daxildir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top