Azərbaycan Premyer Liqası: XXXII tur bir oyunla start götürür

İDMAN 27 apr 2024, 11:20
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun görüşləri start götürəcək.

Demokrat.az xəbər verir ki, ilk oyun günü turnir cədvəlində qonşu olan komandalar - “Sabah” və “Səbail” kollektivləri saat 18:00-da qarşılaşacaqlar.

Krunoslav Renduliçin yetirmələri 46 xalla beşinci sırada qərarlaşıb. “Dənizçilər” isə 42 xalla altıncıdır.
Qeyd edək ki, turun digər matçları aprelin 28-i və 29-u tarixlərində baş tutacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top