Azərbaycan-Gürсüstan-Türkiyə arasında Bakı Bəyannaməsi imzalanıb — Nazir

XARİCİ SİYASƏT 15 mar 2024, 11:21
Azərbaycan-Gürсüstan-Türkiyə gündəliyi çoxşaxəli və nümunəvidir.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin 9-cü üçtərəfli görüşünün nəticələrinə dair mətbuat üçün brifinq zamanı deyib.

"Üç ölkə arasındakı münasibət çox yüksək səviyyəli siyasi dialoqa malikdir. Qanunverici orqanlar, dövlət qurumları arasındakı əməkdaşlıq və digər məsələlər siyasi dialoqa töhfə verir. Bu gün bir daha ölkələr arasında regional əməkdaşlıq məsələləri müzakirə edildi. Əlaqələrin daha da möhkəmləndirilməsinə bu gün imzalanan Bakı Bəyannaməsi töhfə verəcək", - nazir bildirib. (Apa)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top