“Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikintisi yekunlaşır — FOTO

SƏNAYE VƏ ENERGETİKA 14 mar 2024, 14:33
Araz çayı üzərində inşa olunan “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikinti işləri 96% yekunlaşıb.

Demokrat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Araz çayı üzərində inşa olunan “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarına baş çəkdik. “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi layihəsi üzrə görülən işlərin gedişi ilə tanış olduq, cari vəziyyəti dəyərləndirdik. Hər iki hidroqovşaq üzrə işlərin 96%-i yekunlaşıb”, - paylaşımda qeyd olunur.





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top