Azərbaycan nefti yenidən BAHALAŞDI

SƏNAYE VƏ ENERGETİKA 14 mar 2024, 09:23
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1 dollara yaxın artıb.

Demokrat.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,81 ABŞ dolları, yaxud 0,95 % artaraq 86,69 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top