Pakistanlı ekspert: Şuşanın gözəlliyi insanı valeh edir

XARİCİ SİYASƏT 10 mar 2024, 17:19
Şuşa şəhərinin əzəmətli gözəlliyi insanı valeh edir.

Bunu "Report"un Şuşaya ezam olunan əməkdaşına Pakistan "Muslim Institute" elmi-tədqiqat institutunun ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Asif Tanver Avan deyib.

"Şuşa şəhərini öz gözlərimlə görmək ən böyük arzularımdan biri idi. Burada olmaqdan çox şadam. Şəhər 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı elan edilib. Şuşa şəhərinin təbii gözəlliyinin tayı-bərabəri yoxdur”, - pakistanlı ekspert deyib.

Qeyd edək ki, Bakıda keçirilən iki günlük tədbirin sonunda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçıları Şuşaya gəliblər. Konfrans iştirakçıları Şuşa şəhərinin bərpası və tarixi görkəminə qaytarılması istiqamətində aparılan işlərlə tanış olublar. Onlara şəhərin işğalı zamanı ermənilərin törətdikləri vandalizm aktları barədə məlumatlandırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top