Sabirabadda ağır yol qəzasında iki nəfər ölüb, bir nəfər xəsarət alıb — YENİLƏNİB

HADİSƏ 10 mart 2024, 14:13
Sabirabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Zalqarağac kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobillə “Chevrolet” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində iki nəfər ölüb, daha biri xəsarət alıb.

Xəsarət alan Sabirabad rayonunun Çöl Beşdəli kənd sakini, 1996-cı il təvəllüdlü Mustafayev Elməddin Ağazadə oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun koma vəziyyətinə düşdüyü bildirilir.

Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

13:59

Sabirabadda ölümlə nəticələnən ağır yol qəzası olub.

“Report”un Aran bürosunun məlumatına görə, Zalqarağac kəndində “Mercedes” və “Chevrolet” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində iki nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2025, 23:49
09 sentyabr 2025, 20:37
09 sentyabr 2025, 20:07
Top