Hikmət Hacıyev Azərbaycan qadınlarını təbrik edib

DAXİLİ SİYASƏT 08 mar 2024, 09:01
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki hesabında 8 Mart Qadınlar Bayramı münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

Demokrat.az
xəbər verir ki, paylaşımda qeyd edilir:

"Minalanmış ərazilərdə öz həyatlarını riskə ataraq, torpaqlarımızı Ermənistanın basdırdığı "ölüm toxumlarından" qarış - qarış təmizləyərək digər insanların həyatını xilas edən, humanitar minalardan təmizləmə ilə məşğul olan azərbaycanlı qadınlar qarşısında, bütün qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Bir həyatı xilas etmək dünyanı xilas etməkdir!".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top