Bu ölkədə daşqın və torpaq sürüşməsi: Ölənlər var

DÜNYA 06 mar 2024, 10:21
Malavidə daşqın və torpaq sürüşməsi nəticəsində 6 nəfər həyatını itirib.

Demokrat.az
xəbər verir ki, bu barədə Malavi Fəlakət İdarəsindən açıqlama verilib.

Açıqlamada qeyd olunur ki, ölkənin Nxotakota bölgəsində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 6 nəfər ölüb. 

Həmçinin, seldən zərər çəkmiş rayonun infrastrukturuna ciddi ziyan dəydiyi vurğulanıb. 

Son olaraq, təbii fəlakətdən təxminən 14 min insanın zərər çəkdiyi, köçkün vətəndaşların düşərgə ərazilərinə göndərildiyi bəyan olunub.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top