Akademik Yaqub Mahmudov onu təbrik edənlərə təşəkkür məktubu ünvanladı

SOSİAL 03 mar 2024, 14:15
AMEA-nın müşaviri akademik Yaqub Mahmudov 85 illik yubileyi münasibətilə onu təbrik edənlərə təşəkkür məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Əziz dostlar!

Təbriklərinizlə tanış oldum. Çox təsirləndim. Sizlərə dərin minnətdarlığımı bildirirəm!

YAP Mərkəzi Aparatına, Milli Məclisin Mədəniyyət komitəsinə, Ədliyyə Nazirliyinə, Mədəniyyət Nazirliyinə, AMEA-nın Rəyasət Heyətinə, Bakı Dövlət Universitetinə, AMEA-nın Naxçıvan Bölməsinə, AMEA-nın Tarix və Etnologiya İnstitutuna, Azərbaycan Dövlət İnformasiya Agentliyinə, Real Təhlil və İnformasiya Mərkəzinə, “Mədəniyyət” telekanalına, Azərbaycan Milli Kitabxanasına və Dağıstan alimlərinə xüsusi təşəkkürümü bildirirəm!

Mediadakı dostlarım, Sizlərə isə ayrıca təşəkkür etməyi özümə borc bilirəm. Çünki Sizlər mənim fəaliyyətimi heç zaman diqqətdən kənarda qoymayırsınız.

Təbriklərinizlə tanış olarkən bir daha əmin oldum ki, Vətən, xalq, elm üçün çəkilən əməyi qiymətləndirənlər az deyil!

Sonda isə məni unutmayan hər kəsə deyirəm: Var olun!”

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top