Xankəndi–Bakı ultra marafonu: Ucardan start götürən üçüncü mərhələ Hacıqabulda başa çatıb (FOTO)

İDMAN 03 mar 2024, 13:15
“İdman həftəsi” çərçivəsində martın 2-də “Qürurla irəli!” şüarı ilə Xankəndi–Bakı ultra marafonunun 3-cü mərhələsi keçirilib.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 21 nəfərin iştirakı ilə Ucardan start götürən üçüncü mərhələ 88 kilometr məsafəni əhatə edərək, Hacıqabulda başa çatıb.

17 nəfərin finişə çatdığı 3-cü mərhələdə kişilər arasında Artyom Əliyev birinci, Murat Kaya ikinci, Seymur Şahbazov üçüncü olublar. Qadınlar arasında isə finişə Svetlana Şepeleva (Moldova) və Leyla Abidinova (Azərbaycan) çatıblar.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top