“AYNA həmin şirkətlərə qarşı tədbir görməlidir” — Avtobus sürücülərindən şikayət VAR

SOSİAL 01 mar 2024, 16:34
Son günlər avtobus sürücülərindən narazılıq artıb. Kimisi sükan arxasında siqaret çəkir, kimisi avtobusu yüksək sürətlə qapısı açıq idarə edir, kimisi isə sərnişinlə dolu vəziyyətdə yanacaqdoldurma məntəqəsinə daxil olur. Bu barədə görüntülər və iradlar sosial şəbəkələrdə əksini tapıb. Sürücülərsə sərnişinlərin narazılığını qulaqardına vurur, özbaşınalığa davam edirlər. Maraqlıdır, avtobus sürücülərində qaydaları kobud şəkildə pozacaq, insanların həyatını təhlükəyə atacaq "cəsarət" haradandır? 

Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında qeyd edib ki, aidiyyəti qurumlar bu suala cavab verməlidir: 

“İctimai nəqliyyatda avtobus marşrutlarında dövlətlə yanaşı, özəl qurumlar da çalışır. Adətən görürük ki, özəl şirkətlərin sürücüləri belə qayda pozuntularına tez-tez yol verirlər. Ona görə də müvafiq qurumlar özəl daşıyıcı şirkətlər qarşısında kəskin tələb qoymalıdır. Dəfələrlə təkrarlanan mənfi hallara görə həmin şirkətlərə  məhdudiyyətlər tətbiq oluna bilər. Bununla yanaşı Dövlət Yol Polisi də qayda pozan avtobus sürücülərinə qarşı ciddi tədbir görməlidir. AYNA da bu vəziyyətlərə görə məsuliyyət daşıyır, qurum açıqlamalıdır ki, belə sürücülərə və özəl daşıyıcı şirkətlərə qarşı hansı tədbirlər görülür”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top