Xüsusi təyinatlılarımız döyüş əməliyyatları üzrə təlim keçirdi — VİDEO/FOTO

HƏRBİ 01 mar 2024, 12:11
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari il üçün hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Dərin qar və şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda keçirilən taktiki-xüsusi təlimlər davam edir.

Demokrat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Yüksək dağlıq ərazidə xizəklə taktiki yerdəyişmə fəaliyyətlərini icra edən xüsusi təyinatlılar qarlı ərazidə qayaların və maneələrin keçilməsi, yaralanan hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi və çətin keçilən ərazilər üçün nəzərdə tutulmuş daşıma vasitələri ilə təxliyəsi, eləcə də xüsusi əməliyyatların icrası üzrə digər tapşırıqları yerinə yetiriblər.


Taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar peşəkarlıq nümayiş etdiriblər.









SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top