Abşerondakı yeni qəsəbəyə "Şəfəq" adı veriləcək

DAXİLİ SİYASƏT 01 mart 2024, 10:05
Abşerondakı yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir.

Demokrat.az xəbər verir ki, bu, “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Abşeron rayonunun inzibati ərazisində salınmış “Şəfəq” adlı yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir.

Qeyd edək ki, qanun layihəsi parlamentin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunacaq. (report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top