Pentaqondan etiraf: Rusiya bütün dünyada ən böyük nüvə arsenalına malikdir

DÜNYA 01 mar 2024, 00:15

“Rusiya bütün dünyada ən böyük və ən müxtəlif nüvə arsenalına malikdir”.

Report xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri general Entoni Kotton bəyan edib.

Onun sözlərinə görə, bu qənaətə gəlməyə səbəb keçən il Rusiya Federasiyası ordusunun “RS-28 Sarmat” qitələrarası ballistik raketi arsenalına qəbul etməsi olub.

“Bundan əlavə, Rusiya qanadlı raketləri daşıyan nüvə sualtı qayıqlarını yaratmağa və qəbul etməyə davam edir. O, öz nüvə potensialını müasirləşdirir və genişləndirir”.

Pentaqon rəsmisi əlavə edib ki, Rusiyanın nüvə arsenalına müxtəliflik və çeviklik əlavə edən “Kinjal” və “Zirkon” hipersəs raket sistemləri də daxildir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top