Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşdı

SƏNAYE VƏ ENERGETİKA 29 fev 2024, 09:36
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşıb.

Demokrat.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,48 ABŞ dolları, yaxud 0,56 % azalaraq 86,61 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top