Ermənistanda konstitusiyaya dəyişiklik edilməlidir — Referendum keçiriləcək

REGİON 27 fev 2024, 20:20
Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib ki, Azərbaycanla Ermənistan arasında bütün problemlər həll olunmayana qədər Türkiyə Ermənistanla sərhədini açmayacaq. APA-nın məlumatına görə türkiyəli deputat bu barədə Ankarada “Türkiyə-Azərbaycan Dostluq Vəqfi” və Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə baş tutan anım mərasimində çıxışı zamanı bildirib. O qeyd edib ki, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları əks olunan Konstitusiyasını dəyişməlidir, əks halda belə bir dövlətlə sülh mümkün olmayacaq.

Politoloq Elşad Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, Ermənistan mətbuatında konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçirilməsi məsələsi gündəmdədir:

"İyun-iyul aylarında referendun keçiriləcəyinə dair məlumatlar var. Bir dövlətin əsas sənədində başqa dövlətə qarşı ərazi iddiaları irəli sürülürsə, onunla sülh imzalamaq olmaz. Belə bir dövlətin BMT-ə üzv olması da düzgün deyil. Ermənistan tərəfi özü də bildirir ki, Almatı sammitində sərhədlər müəyyən olunub, buna görə də Konstitusiyada dəyişiklik etməlidirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da, xarici işlər naziri Hakan Fidan da dəfələrlə bəyan edib ki, Ermənistanla sərhədin açılması Azərbaycanla sülh müqaviləsinin imzalanmasından keçir. Bu günlərdə Ermənistan XİN rəhbəri Türkiyəyə səfər edəcək, güman ki, bu məsələlər yenidən masada müzakirə ediləcək".

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top