TBMM sədri babasının Zəngəzurda ermənilərə qarşı savaşdığını deyib

GÜNDƏM 25 fev 2024, 21:27
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş babasının Zəngəzurda erməni silahlı dəstələrinə qarşı döyüşdüyünü deyib.

Yeniavaz.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, o bu barədə Bakıda baş tutan Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasından sonra Türkiyəyə qayıdarkən jurnalistlərə danışıb.

Belə ki, jurnalistlərdən biri N. Kurtulmuşa “Ailənizin bir üzvü Qafqaz İslam Ordusunda xidmət etdiyi üçün Azərbaycanla xüsusi emosional bağınız var. Bu barədə məlumat verə bilərsinizmi?”, - sualını verib.
TBMM sədri sualı belə cavablayıb:

Adını daşımaqdan şərəf duyduğum, heç vaxt görmədiyim, mən doğulmamışdan 7 il əvvəl dünyasını dəyişmiş rəhmətlik babam Numan Kurtulmuş altı cəbhədə döyüşmüş qəhrəman bir əsgər idi. 39 yaşında Sakarya döyüşündə omba sümüyündən aldığı güllə yarası ilə ağır yaralanır. Hətta öldüyünü düşünürlər, lakin sonradan gələn tibb işçisi onun yaşadığını bildirir. Çubuk hərbi hospitalında müalicə olunur. O vaxtlar əməliyyat mümkün olmadığından ayağı 15 santimetr qısa qalıb. Qafqaz cəbhəsində də vuruşub. O, əvvəlcə Nuri Paşanın komandanlığı ilə Bakıya gəlir, sonra Zəngəzurda əhalini təşkilatlandırmaq və oradakı xalqı erməni quldur dəstələrindən qorumaq üçün mübarizə aparır. Babamın Zəngəzurla bağlı belə bir xatirəsi var. Onu, həmçinin bütün şəhid və qazilərimizi rəhmətlə yad edirik.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top