Şəbnəmlər arasındakı məhkəmə bitdi — VİDEO

ŞOU-BİZNES 25 fev 2024, 19:46
Əməkdar artist Şəbnəm Tapdıq müğənni Şəbnəm Tovuzluya barışıq addımı atıb. 

Axşam.az xəbər verir ki, ifaçı "Elgizlə izlə" verilişində məhkəməyə verdiyi Şəbnəmlə küsülü qalmaq istəmədiyini söyləyib:

"Mənim elə bir ürəyim var ki: pişik görəndə yedizdirirəm, pəncərəyə quş qonanda çörək verirəm. O xanıma rəhmim gəlir. Onun həyatı, taleyi... Mənim dediyim bu oldu ki, qızım bir şey götür. Onu öpürəm, sakit otursun. Atasına Allah kömək olsun. Lazım olar, verilişə çıxarıq. Bu adam məni necə çox istəyib ki, öz adını qoyub kənara mənim adımı özünə götürüb".
Ş.Tapdıq "Məhkəmə bitdi" sualına "Ona nöqtə qoyduq" cavabını verib.

Qeyd edək ki, Ş.Tapdıq Şəbnəmi məhkəməyə vermiş, adını dəyişdirməsini istəmişdi. İfaçı daha sonra Ş.Tovuzlunu məhkəməyə verməsinin səbəbinin ad yox, onun haqqında yalan sözlər deməsi olduğunu açıqlayıb. 
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top