Keniya Baş prokuroru “Asan Xidmət” və “Hərbi Qənimətlər Parkı”nda oldu

XARİCİ SİYASƏT 24 fev 2024, 19:00
Baş prokuror Kamran Əliyevin dəvəti ilə Keniyanın Baş prokuroru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub.

“Qafqazinfo” xəbər verir ki, keniyalı prokurorlar ölkəmizin prokurorluq orqanlarının, o cümlədən Baş Prokurorluğun yeni inzibati binasında yerləşən struktur qurumlarının, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Bakı şəhər prokurorluğunun fəaliyyəti ilə tanış olublar.

Məhkəmə orqanlarının fəaliyyəti ilə tanışlıq məqsədilə nümayəndə heyəti Yasamal rayon məhkəməsində olub. 7 saylı ASAN Xidmətin fəaliyyəti ilə tanışlıq isə qonaqlarda yüksək təəssürat yaradıb.

Bundan başqa, qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olub, onlara Mərkəzdə yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilib.

Heyət 44 günlük Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistan dövlətini döyüş meydanında məğlub etməsi nəticəsində ələ keçirdiyi hərbi qənimətlərin nümayiş olunduğu “Hərbi Qənimətlər Parkı”nda olu, qalibiyyətimizin əbədiləşdirilməsinə xidmət etməklə xalqımızın qürur mənbəyi hesab olunan Park qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Keniyanın Baş prokuroru Renson İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top