Allergik qidaların uşaqların immunitetinə təsiri AÇIQLANDI

SOSİAL 24 fev 2024, 13:15
“Hazırda mütəxəssislər allergiya ilə bağlı fikirlərini dəyişiblər”.

Bu barədə rusiyalı uşaq qastroenteroloqu Yekaterina Yablokova danışıb.

O qeyd edib ki, əvvəllər həkimlər və valideynlər allergiyası olan uşaqları məhdudlaşdırmağa, onları demək olar ki, qapaq altında böyütməyə çalışırdılar. İndi isə onlar uşağı hər bir allergenə alışdırmağa çalışırlar.
“Bunun üçün uyğun dövrlər var ki, həmin vaxt biz tədricən qidaları, o cümlədən allergenləri uşağın qida rasionuna əlavə edə bilərik və allergiyanın deyil, düzgün immun uyğunlaşmanın, tolerantlığın inkişaf edəcəyini gözləyə bilərik. Uşağın orqanizmi bu qidanı noqmal qəbul edəcək. Bu yolla bir çox allergiyanı aradan qaldırmaq olar”, - deyə ekspert qeyd edib.//Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top