Yük gəmisi körpüyə çırpıldı — Maşınlar çaya düşdü

DÜNYA 22 fev 2024, 08:58
Çinin cənubundakı Quancou şəhərində Mirvari çayında hərəkət edən yük gəmisi körpüyə çırpılaraq, onu dağıdıb.

Demokrat.az xarici KİV-ə istinadla xəbər verir ki, səhər saatlarında baş verən hadisə nəticəsində körpüdə hərəkətdə olan bir neçə avtomobil çaya düşüb. Hələlik insan tələfatı və xəsarət alanlar haqqında məlumat yoxdur. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Qeyd edək ki, Mirvari çayı Çinin xarici ticarət qapısı sayılan Quancou şəhəri ilə “Böyük körfəz zonası”nın digər şəhərləri, o cümlədən Honkonq arasında əsas əlaqəni təmin edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top