Peskov: “Əbu-Dabidə Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu alqışlayırıq”

DÜNYA 10 iyul 2025, 14:21
“Rusiya Əbu-Dabidə Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu alqışlayır”.

Demokrat.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması regionda sabitliyə kömək edəcək və Rusiya bu prosesi dəstəkləyir:

"Biz müxtəlif səviyyələrdə dəfələrlə demişik ki, sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını alqışlayacağıq. Məhz sülh müqaviləsinin imzalanması regiona, sabitlik və sülh əlavə edəcək çox mühüm amilə çevriləcək. Biz bu prosesi tam dəstəkləyirik".
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 iyul 2025, 19:51
Top