Albaniya baş naziri Edi Rama Ukraynanın yenidən qurulması konfransında iştirak etmək üçün səfər etdiyi Romada İtaliya baş naziri Corcia Meloninin qarşısında diz çökərək salam verib.
Demokrat.az cəbər verir ki, Albaniyanın paytaxtı Tiranada 16 may tarixində keçirilən Avropa Siyasi Birliyi toplantısında Melonini diz çökərək qarşılayan Rama bu jestini Romada da təkrarlayıb.
İtaliya baş naziri Ramanın bu hərəkətinə gülümsəyərək cavab verib. Daha sonra Rama onun yanına yaxınlaşaraq İtaliya liderinə sarılıb. İki siyasətçi səmimi salamlaşmanın ardından qısa bir söhbət edib kameralar qarşısında poza veriblər.
Rama Tiranadakı toplantıda da Melonini qırmızı xalça üzərində qeyri-adi bir jestlə qarşılamışdı. Onun diz çökərək etdiyi salamlamaya Meloni yalnız gülümsəməklə cavab vermişdi.
Diplomatik protokol qaydalarının xaricində sayılan bu səmimi davranış toplantı iştirakçıları arasında xoş anların yaşanmasına səbəb olmuşdu. Ramanın bu davranışının arxasında Albaniya ilə İtaliya arasında mövcud olan tarixi və mədəni bağların dayandığı bildirilir.

Jalə
Demokrat.az