Maraqlı

100 yaşına yaxın insanların içdiyi üç içki açıqlandı

100 yaşına yaxın insanların içdiyi üç içki açıqlandı

Uzunömürlülüyün yüksək olduğu regionların sakinlərinin bir sıra ortaq qidalanma vərdişləri var. Uzunömürlülük tədqiqatçısı Den Byuttner belə insanların rasionunda müntəzəm rast gəlinən üç içkini müəyyənləşdirib.

Demokrat.az xəbər verir ki, "Fox News"un yazdığına görə, Byuttnerin siyahısında ilk yeri adi su tutur. Onun sözlərinə görə, uzunömürlü insanlar gün ərzində müntəzəm olaraq su içirlər. Araşdırmalar da kifayət qədər maye qəbulunun orqanizmin, xüsusilə böyrəklərin və ürək-damar sisteminin normal fəaliyyəti üçün vacib olduğunu göstərir.

Qara qəhvə

Byuttnerin uzunömürlülüklə əlaqələndirdiyi digər içki şəkərsiz və qaymaqsız qəhvədir.

Araşdırmalar müntəzəm qəhvə qəbulunun 2-ci tip diabetin və bəzi nevroloji xəstəliklərin inkişaf riskinin daha aşağı olması ilə əlaqəli olduğunu göstərib. Qəhvənin tərkibində polifenollar və potensial iltihabəleyhinə xüsusiyyətlərinə görə araşdırılan digər bioloji aktiv birləşmələr var.

Qırmızı şərab – ən mübahisəli məqam

Tədqiqatçının siyahısındakı üçüncü içki qırmızı şərabdır. Uzunömürlülərin çox olduğu bəzi regionlarda, xüsusilə Sardiniyada, bu içki ənənəvi olaraq yeməklə birlikdə qəbul edilir.

Qırmızı şərabın tərkibində resveratrol və flavonoidlər də daxil olmaqla, sağlamlığa müsbət təsir göstərə biləcəyi araşdırılan birləşmələr var.

Lakin siyahının məhz bu bəndi ən çox mübahisə doğurur. Müasir tibbi tövsiyələrdə isə spirtli içkilərin qəbulu ilə bağlı ciddi sağlamlıq risklərinin mövcud olduğu vurğulanır.

Jalə