Ermənistan ərazisinə keçdikdən sonra saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı yeni iddia səsləndirilib.
Demokrat.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev Musavat.com saytına müsahibəsində Musayevin Ermənistanın Şaki kəndinə getməsinin səbəbi ilə bağlı iddia irəli sürüb.
Ekspertin sözlərinə görə, Ani adlı erməni qadın "Instagram" vasitəsilə hərbçiyə məkan göndərərək onu yanına dəvət edib.
"Əsgərə "Instagram"da məkanı o yollayıb ki, gəl bizə!", – deyə Ədalət Verdiyev bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın Sünik vilayətinin Şaki kəndində saxlanılıb. Hadisə ilə bağlı Ermənistan tərəfi müxtəlif açıqlamalar verib. Hərbçinin Azərbaycana qaytarılması məsələsi də müzakirə olunur.


