Maraqlı

Yeməkləri daha uzun müddət təzə saxlamaq üçün bu qaydalara diqqət edin

Yeməkləri daha uzun müddət təzə saxlamaq üçün bu qaydalara diqqət edin

Qidaların düzgün saxlanılması həm onların dadının və keyfiyyətinin qorunması, həm də israfın qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Demokrat.az xəbər verir ki, mətbəx məsləhətlərində də ərzaqların alınmasından saxlanılmasına qədər bir sıra məqamlara diqqət yetirilməsi tövsiyə olunur.

Mütəxəssislərin tövsiyələrinə əsasən, tərəvəz və meyvələri soyuducuya yerləşdirməzdən əvvəl düzgün şəkildə ayırmaq lazımdır. Təzə tərəvəzlər əvvəlcə təmizlənməli və yuyulmalı, daha sonra doğranmalıdır.

Meyvə və tərəvəzləri çox xırda doğramaq da məsləhət görülmür. Xüsusilə C vitamini ilə zəngin məhsullar doğrandıqdan sonra uzun müddət gözlədilməməlidir.

Çiy və bişmiş qidaların soyuducuda bir-birindən ayrı saxlanılması da vacibdir. Ət məhsullarının isə porsiyalar şəklində qablaşdırılaraq dondurulması həm istifadəni asanlaşdırır, həm də məhsulun daha düzgün saxlanmasına kömək edir.

Dondurulmuş əti otaq temperaturunda əridmək isə tövsiyə edilmir. Ətin soyuducunun aşağı rəfində tədricən əridilməsi daha təhlükəsiz üsul hesab olunur.

FH
Fidan Hacızadə
Müxbir