İdman

"Kür" bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Kür bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Həndbol üzrə qadınların EHF Avropa Kubokunun ikinci təsnifat mərhələsi çərçivəsində bu gün "Kür" və Kiprin APOEL komandaları arasında cavab matçı keçiriləcək.

Demokrat.az xəbər verir ki, Mingəçevir şəhərindəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq qarşılaşma saat 17:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında oktyabrın 10-da baş tutan ilk matç təmsilçimizin 40:18 hesablı qələbəsi ilə başa çatıb.

B
Qeyd edilməyib